“Nəsimi icra başçısı tikinti şirkətindən 3 milyon alıb” – Tanınmış cərrahdan Prezidentə müraciət

“Nəsimi icra başçısı tikinti şirkətindən 3 milyon alıb” – Tanınmış cərrahdan Prezidentə müraciət
19:46 20-01-2020 | icon 1114

“Regal” MTK tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oğlu İskəndərov haqqının bərpa olunması istiqamətində mübarizəsini davam etdirir.

Qeyd edək ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da sözügedən tikinti şirkətii tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan uçurulub.

Bununla bağlı mətbuat vasitəsilə dəfələrlə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara müraciət etsə də, Q.İskəndərov şikayətinə baxan olmadığını bildirir. Odur ki, demokrat.az-ın məlumatına görə, zərərçəkən növbəti dəfə Prezident İlham Əliyevə və Baş prokuror Zakir Qaralova ümraciət ünvanlayıb.

Q.İskəndərovun müraciətində bildirilir:

“Möhtərəm Prezident!

Evimin qanunsuz söküntüsü ilə əlaqədar Sizə ünvanladığım coxsaylı müraciətlərə baxmayaraq, nə mənim problemim həll olunur, nə də Nəsimi rayon icra başçısı Asif Əsgərov və Nəsimi rayon prokuroru Salman Məmmədli Sizin fərman və qərarlardan, aparilan dəyişikliklərdən ibrət götürmək fikirləri yoxdur. Allaha sükürlər olsun ki, tikinti işləri artiq rayon icra başçılarının səlahiyyətlərindən alınıb”.

Q.İskəndərov icra başçısı Asif Əsgərovun tikinti şirkətlərinə ayirdığı hər bir sahə üçün 1000 000 (bir milyon) manat aldığını iddia edib “Təksə “Regal” MTK şirkətindən 3 000 000 (üç milyon) manat almışdır. Nəsimi rayonunda isə onlarla bu cür tikinti şirkəti fəaliyyət göstərir…

“Regal” MTK şirkətində çalışan işçilər xaricdə yaşayan həmyerlilərimiz vasitəsilə evimin söküntüsünün, polis və prokurorluqda cinayət işinin qaldırılmamasının birbaşa icra başçısı Asif Əsgərovla bağlı olması haqda mənə bildiriblər…”- deyə, müraciətində bildirib.

Daha sonra Q.İskəndərov müraciətində qeyd edib ki, Nəsimi rayon prokurorluğuna ünvanladığı şikayətlə əlaqədar 10 yanvar 2020-ci ildə prokuror Salman Məmmədlinin qəbulunda olub. Ancaq Salman Məmmədli rayon prokurorlarına tikinti ilə əlaqədar hər hansı cinayət işi qaldırılmasının qadağan edildiyini bildirib.

“Nəsimi rayon prokurorluğunun mənə təqdim etdiyi qərarda 59 saylı mənzil istismar sahəsinin rəisi Ələsgər Rüstəməv və pasport qeydiyyatçısı Zərifə Salahova öz izahatında saxta 2 sayli arayiş verdiklərini etiraf etsələr də, cinayət işi qaldırılmır. 13 saylı dövlət notarusu Kəmalə Hüseynzadənin qanunsuz hərəkətlərinə ədliyyə, prokurorluq və polis orqanları göz yumur. Bu orqanlarda süründürməçiliyə yol verilir. İstintaqın başa çatmasına baxmayaraq, prokurorluq istintaq materiallarını gizli saxlayir. Məni və vəkilimi istintaq materialları ilə taniş olmağa icazə vermirlər” -deyə Q.İskəndərov müraciətində vurğulayıb.

Cinayət işinin qaldırılmamasının çoxsaylı suallar doğurduğunu bildirən həkim-cərrah Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinın ona dəyən ziyanı evini qanunsuz sökənlərlə saxta sənəd hazirlayanlar arasında böldüyünü yazıb: “Hazirda adını cəkmək istəmədiyim dövlət orqanları da mənim şikayətimlə əlagədar maraqlanmağa başlamışlar. İnanıram ki, Sizin göstərişləriniz əsasında bu işdə müsbət dönüş yaranacaqdır. Bir daha nəzərinizə çatdırmaq istərdim ki, icra başçıları, məhkəmələr Prezidentin fərman və qərarlarını yerinə yetirməməklə ölkəmizin imicinə zərər vurmaqla məşğuldurlar”.

Q.İskəndərov müraciətinin sonunda bildirib:

“Möhtərəm Prezident!

Sizdən xahiş edirəm ki, Ali Məhkəmənin hakimi Vəliyeva Elşanə Rafik qızının sədrliyi ilə işə baxılması zamanı hakimlərin tərəzinin ədalət olan tərəfində özlərinə yer alması və Azərbaycan Respublikasının qanunları çərçivəsində qərarlar çıxarması üçün göstəriş verəsiniz.

“Regal” MTK şirkətinin təsisçiləri “Hacı” Yusif və Valeh Ağayevlərin, iş icraçısı “Seyid” Fərəc Hüseynovun qanunsuz hərəkətlərinə son qoyulması, icra başçısı Asif Əsgərovun iş fəaliyyətlərinin araşdırılması və mənim kostitusion hüquqllarımın bərpa olunması barədə müvafik orqanlara göstərişlər verəsiniz”.

P.S: Müraciətdə adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.