Türkiyəli müğənni: Demet Akalın xaindir

Türkiyəli müğənni: Demet Akalın xaindir
19:28 20-01-2020 | icon 201

Türkiyəli müğənni İzzət Yıldızhanın həmkarı Demet Akalın haqqında dediyi sözlər gündəm olub. 

Hurriyyet.com xəbər verir ki, İzzət Yıldızhan “İkinci sayfa” proqramına bağlanaraq həmkarının xain olduğunu deyib. 

“İllər əvvəl Bülent Ersoyla birlikdə proqram aparırdıq. Demet mənə görə proqrama gəlmək istəmədi. Proqram prodüserlərinə “İzzet varsa, mən gəlməyəcəm” deyib. Düzdür Demetlə keçmişdə bir problemimiz olub. Amma o barədə indi danışmaq istəmirəm. Mən proqramdan ayrıldıqdan sonra o, verilişə qonaq olaraq gəlib. O xaindir. Günahsız deyil”, - deyə müğənni bildirib. 

Sevinc Yasinqızı