Bakının məşhur restoranında itlərə zülm edilir?

Bakının məşhur restoranında itlərə zülm edilir?
17:07 20-01-2020 | icon 352

Bu gün Bakının məhşur restoranlarından birinin həyətində itlərə zülm edildiyinə dair məlumat paylaşılıb.

milletinsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkədə heyvansevərlərdən biri paylaşım edib.

İddia edilib ki, “The Green” restoranına məxsus ərazidə itlər qəfəsdə saxlanılır:

“Hörmətli “The Green” restoranının rəhbərliyi. Səhər belə bir hal ilə rastlaşdım. Daha doğrusu itlərin səsləri məni onların yanına gətirdi. Nə vaxtdan ictimai bir yerdə itləri belə bir qəfəsə bağlayıb saxlayırlar? Bunun üçün bağ və ev olmalıdır. Bu itlər yazıqdır. Küçədən keçən uşaqlar üstlərinə energetik ickilər tökürlər və müxtəlif üsullar ilə itlərə zülm verirlər. Bu yazıqlarda hürür. İtləri düz Malakan bağının yanında saxlamısız. Bu qeyri qanunidir! İctimai yerdə it saxlamırlar. İşçiləriniz yalandan deyir ki, bu hansısa türk vətəndaşınındır. Amma sonra sizin işçi çölə çıxaraq bildirdi ki, bu itlər buranın sahibi Fuad bəyə məxsusdur”.

Məsələ ilə bağlı “The Green” restoranı ilə əlaqə saxladıq. Restoran rəhbərliyindən bildiriblər ki, itlərə heç bir zülm edilmir:

“İtlərə heç bir zülm edilmir. Heyvanların saxlandığı yer restoranın ərazisinə daxildir və kənarda deyil. Nə üçün insanlar o tərəfə gedib? Heyvanlar hər zaman insanları görəndə reaksiya verir, hürür bu normaldır. İtlərə zülm verdiyinə dair iddialar isə həqiqəti əks etdirmir. Yəqin ki, o itlərin cinsindən də xəbərləri yoxdur. Bu itlər mənfi 40 dərəcəyə qədər soyuqda dayana bilərlər. İtlərə heç kim zülm etmir və bu müvəqqətidir.

Onu da qeyd edim ki, itlər dünən gətirilib və onlar üçün ev hazırlanacaq. Mən təəssüf edirəm ki, insanlar bu cür qeyri-dəqiq söhbətlər yayır. Kaş ki, onlar küçədə ac-susuz qalaraq ölən heyvanlar barədə narahat olardılar, onları alıb isti bir yuvaya qoyardılar”.