16 yaşlı məşhur bloqer villa aldı - FOTO

16 yaşlı məşhur bloqer villa aldı - FOTO
17:07 17-01-2020 | icon 179

“YouTube” üçün çəkdiyi videolarla məşhur olan gənc bloqer Coco Siva üç milyon dollarlıq villa alıb.

“Haber Global”ın məlumatına görə, 16 yaşlı bloqer villada ailəsi ilə birgə yaşayacaq. Əslən amerikalı olan bloqerin anası rəqqas və atası isə həkimdir.

Villada bloqerə aid oyun, iki geyin otaqları və çəkilişlər etməsi üçün lazım olan digər məkanlar var.

Doqquz yaşından videolar çəkən Siva dünyanın ən varlı “YouTube” bloqerlərindən biridir. O, hazırladığı oyuncaq və digər məhsulların tanıtım videolarından, iştirak etdiyi tədbirlərdən pul qazanır.

Bir müddət öncə albom da çıxaran bloqerin 11 milyon izləyicisi var.

Sevinc Yasinqızı