Lalə küsülü olduğu Brilliant haqqında: Onu görəndə, qabağına qaçıb salam verirdim - VİDEO

Lalə küsülü olduğu Brilliant haqqında: Onu görəndə, qabağına qaçıb salam verirdim - VİDEO
18:42 15-12-2019 | icon 319

Mənə Brilliant Dadaşova ilə oxşarlıq barəsində sual ünvanlandı, cavab olaraq söylədim ki, illər əvvəl Şövkət Ələkbərova ilə Nərminə Məmmədova adlı iki müğənni olub. Onlar Seyid Şuşinskinin tələbələri olublar. Səs bənzərlikləri çox olub. Məgər onlar həyatda düşmən olublar? Əgər oxşarlıq varsa belə, burada mənim heç bir günahım yoxdur. Bəlkə mən ondan əvvəl doğulsaydım, onu mənə bənzədərdilər.

Bu sözləri Əməkdar artist Lalə Məmmədova “Söhbətsiz” proqramında dilə gətirib. Sənətçi Xalq artisti Brilliant Dadaşovaya ilə illərlə yaşadığı qalmaqala bu cür aydınlıq gətirib:

“Fikirlərimdə “Mənim anam yaşında” sözünü işlətdim. Bu söz isə qarşı tərəfi çox qıcıqlandırdı. Bu söyüş deyil. Sadəcə, cümləni olduqca kobud şəkildə təqdim etdilər. Amma qarşı tərəfin ünvanıma söylədiklərini yaraşdırmadım. Daha müdrik cavab verərdi. Cavab olaraq Brilliant, “Əgər mən onun anası yaşındayamsa, o mənim nənəmə oxşayır” söyləmişdi. Sənətkar olaraq, çox yüksəklərdədir. Ondan bu sözləri gözləmirdim.

Bu söz-söhbət olmamışdan öncə Brilliantı harada görürdüm, qabağına qaçırdım, salam verirdim. Bacıları ilə də gözəl münasibətim olub. Mən onu problemə çevirməmişdim. İllərdir bu barədə danışmıram. Qapanmış bir səhifədir.

Bir dəfə kanalların birinin ad günü məclisində idik. Mən oxuyanda, Brilliantı rəqsə dəvət etdilər. Yaxınlaşdım ona salam verdim. Dedi, “salam canım”. Bir həftə sonra onu efirə çağırdılar. Orada ona sual verdilər: Lalə Məmmədova sizin qohumunuzdur? Qayıtdı dedi ki, o, kimdir? Aparıcı Günel Musəvi söylədi ki, “Məktəb illəri”. Cavab olaraq, “Yaxşı mahnıdır” dedi. Necə bunu deyə bilərdi? Sənətkardır, amma bu, o demək deyil ki, nə gəldi söyləməlidir. Yaşlı-başlı sənətkarlar efirə çıxıb mənəm-mənəmlik etməməlidirlər”.

Daha sonra Əməkdar artist ailəsinin dağılması haqqında dolaşan dedi-qodulara son qoyub. O keçmiş əri İlham haqqında bunları söyləyib:

“Mənim arxamda kişi yoxdur. Mən təkəm. Bəlkə mənim ailəm 8 il yox, daha çox davam edərdi. Qarşı tərəf boşanmaqla bağlı ərizə verməsəydi, bir yox, iki 8 il dözərdim. Münasibətlərdə hər iki tərəfdən mücadilə olmalıdır. Əgər yalnız bir tərəf mücadilə edirsə, bir gün nə vaxtsa qırılmalıdır. Çünki qarşı tərəf öyrəşir və zənn edir ki, belə də olmalıdır. Həm də bir məqam var, bir var sıradan birisən, bir də var ki hamının tanıdığı xanımsan. Hər zaman deyirəm, övladlarımın atasıdır.

Siz onun haqqında mənim dilimdən pis bir kəlmə eşidə bilməzsiz. Ziyalı bir ailənin övladı idi. Sadəcə, alınmadı. Tələblər dəyişildi. 8 ildə mən ana oldum və o 8 ilə heç vaxt peşman olmadım. Böyük qızıma deyirəm ki, qızım, biz ana-ata olaraq ömrümüzün sonuna kimi ayrılmaz qalacağıq, amma biz ər-arvad kimi ayrıldıq”.