Onilliyin ən məşhur musiqi klipləri açıqlandı

Onilliyin ən məşhur musiqi klipləri açıqlandı
09:07 14-12-2019 | icon 65

“YouTube” son 10 ilin ən məşhur musiqi kliplərinin adının açıqlayıb.

Siyahını “Forbes” dərc edib.

Ən baxımlılar arasında birinci yerdə Luis Fonsi və Daddy Yankeenin “Despacito” videosu olub. İndiyə kimi klip 6,5 milyarddan artıq baxış toplayıb.

İkinci yerdə Ed Şiranın 4,5 milyard baxışla “Shape of You” klipidir.

Siyahıda üçüncü sətirdə 4,3 milyard baxışla Uiz Xalifa və Çarli Putun “See you again” videoklipinin adı yerləşir.

Liderlərin onluğuna, həmçinin, Mark Ronson və Bruno Marsın “Uptown Funk” (3,7 milyard), Cənubi koreyalı musiqiçi PSY-nın “Gangnam Style” (3,4 milyard), Castin Biberin “Sorry” (3,2 milyard), Maron-5-in “Suqar” (3 milyarddan artıq baxış), Keti Perrinin “Roar” (2,9 milyard), Counting Stars musiqisi üçün “One Republic” klipi və Ed Şiranın “Thinking Out Loud” (hər biri 2,8 milyard baxış) klipləri də daxil edilib.