Bakıda dəhşətli qəzada ölən şagirdlərin kimliyi məlum oldu - FOTO

Bakıda dəhşətli qəzada ölən şagirdlərin kimliyi məlum oldu - FOTO
10:35 11-12-2019 | icon 61

 Ötən axşam Bakıda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Trend-in məlumatına görə, Binəqədi rayonunda baş verən qəzada ölən şəxslər 11-ci sinif şagirdləri Tural və Dilarədir.

Hadisə baş verən vaxt şagirdlər ali məktəbə hazırlıq dərsindən evlərinə gedirmiş.

Xatırladaq ki, ötən axşam Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük maşını sola dönərkən iki piyadanın üzərindən keçib.

Hadisə nəticəsində hər iki şəxs aldıqları xəsarətlərdən vəfat ediblər.