Bakıda 43 yaşlı kişi bıçaqlanıb

Bakıda 43 yaşlı kişi bıçaqlanıb
00:21 11-12-2019 | icon 121

Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Qala qəsəbəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü Ağalarov Əli Mirqubad oğlu naməlum şəxslə mübahisə zəmnində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin və belin sağ nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.