“EuroHome”un qarşısında bədbəxt hadisə - iki nəfər öldü

“EuroHome”un qarşısında bədbəxt hadisə - iki nəfər öldü
22:49 10-12-2019 | icon 145

 Bu gün yanan “EuroHome” tikinti materialları bazarının qarşısında bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, axşam saatlarında yolu keçmək istəyən iki piyadanı maşın vurub. Onların hər ikisi vəfat edib.

Ölənlərdən birinin qadın, digərinin isə kişi olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində meyitlərə baxış keçirir.