Beyonse dəfələrlə uşaq saldığını etiraf etdi - FOTO

Beyonse dəfələrlə uşaq saldığını etiraf etdi - FOTO
22:35 10-12-2019 | icon 103

Amerikanın “Elle” jurnalına müsahibə verən dünya şöhrətli pop ulduz Beyonse həyatında yaşadığı acı günləri yada salıb.

milletinsesi.info xəbər verir ki, sənətçi hamiləlik vaxtı dəfələrlə uşaq saldığını etiraf edib.

“Həyat mənə lazım olan dərsləri özüm də bilmədən öyrətməyə başladı. İndi ağrı və zərərin bir hədiyyə olduğunu öyrəndim. Boşanma mənə öyrətdi ki, əvvəlcə özünə necə qulluq etməyi öyrənməlisən və yalnız bundan sonra ana ola bilərsən”.

2012-ci ildə böyük qızı Mavi İvi anadan olandan sonra Beyonse həyat və tale kitabında yeni səhifə açıb.

“Ölüb yenidən doğulurdum, özümü daha da canfəşanlıqla axtarırdım. Ən yaxşı olmaq üçün bir hədəfim yoxdur. Sadəcə sənət və məni yaşadan bir irs yaradıram,”- deyə pop ulduz vurğulayıb.

38 yaşlı pop-diva, özünü sevməyin nə demək olduğunu bu cür izah edib:

“Əgər 15 il əvvəl bədənimin bu cür dəyişikliklərə məruz qalacağını və üstəlik, qadınlıq hiss edib formalarımı qəbul edəcəyimi söyləsəydilər, inanmazdım. Analıq mənə yalnız öz görünüşümə dəyər verməyi öyrətdi, digər insanların fikirlərindən qurtulmaq isə mənə azadlıq verir”.

Rəşad Əliyev