Sarqsyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq

Sarqsyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq
21:21 10-12-2019 | icon 120

Çexiya Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanı Ermənistana ekstradisiya edəcəklər.

milletinsesi.info xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorunun müşaviri Qor Abramyan “Facebook” hesabında yazıb.

O qeyd edib ki, Çexiyanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun axtarışda olan Narek Sarqsyanın ölkəsinə təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.

“Bununla əlaqədar Ermənistanın Baş Prokurorluğu polisə Narek Sarqsyanın ekstradisiyasını təşkil etməyi tapşırıb”, - deyə Abramyan bildirib.

Xatırladaq ki, Narek Sarqsyan qanunsuz olaraq silah və narkotik saxlama maddəsi ilə axtarışa verilib.