Gəncədə “Jiquli” piyadanı vurdu, vəziyyəti ağırdır

Gəncədə “Jiquli” piyadanı vurdu, vəziyyəti ağırdır
20:28 10-12-2019 | icon 127

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb. Göygöl rayon sakini 1973-cü il təvəllüdlü Elxan Abbasov yolu keçmək istəyərkən onu “VAZ 2107” markalı maşın vurub.

Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.