Prokurorluq və DİN əməkdaşları hərbi hissədə görüş keçirib - FOTO

Prokurorluq və DİN əməkdaşları hərbi hissədə görüş keçirib - FOTO
17:14 05-12-2019 | icon 145

Qarabağ hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov və DİN-nin Tibb Baş İdarəsinin Bərdə Regional Tibb Xidmətinin rəisi, tibb xidməti polkovnik-leytenantı Həbib Məmmədov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində görüş keçirib.

milletinsesi.info xəbər verir ki, hərbi hissədə yaradılan şəraitlə tanış olan F.Şükürov və H.Məmmədov şəxsi heyət qarşısında çıxış ediblər.

Hərbi hissədə şəxsi heyət qarşısında çıxış edən ədliyyə polkovniki Fərid Şükürov narkomaniya ilə mübarizə barədə çıxış edib.

Polkovnik-leytenant Həbib Məmmədov, eyni zamanda, dini radikalizmə qarşı çıxışlar edib. Ölkəmizdə din pərdəsi altında görülən bir sıra əməllərin aşkarlanması istiqamətində danışıqlar aparıb.

Daha sonra polkovnik F.Şükürov və polkovnik-leytenant H.Məmmədov şəxsi heyətin suallarını cavablandırıb.