ATƏT sədri: Qarabağda eskalasiya üçün real təhlükə mövcuddur

ATƏT sədri: Qarabağda eskalasiya üçün real təhlükə mövcuddur
14:28 05-12-2019 | icon 118

Qarabağda eskalasiya üçün real təhlükə mövcuddur.

milletinsesi.info-ın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak Bratislavada ATƏT Nazirlər Şurasının iclasında deyib.

O bildirib ki, ötən il münaqişələrin həlli üçün Minsk Qrupu prosesi, Cenevrə müzakirələri və “5+2” formatı çərçivəsində dialoqlar davam etdirilib.

“Bu platformalardan istifadə edərək etimad yaratmağa, gərginliyi azaltmağa, dialoqu davam etdirməyə çalışdıq”,-deyə M.Layçak əlavə edib.  

O bildirib ki, ATƏT-in yeni dialoq kanalları tapmaq səyləri əvəzedilməzdir.

Aqşin Kərimov