ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun birləşmələri göndərir

ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun birləşmələri göndərir
05:07 20-11-2019 | icon 67

Yaxın bir neçə həftədə ABŞ-ın əlavə hərbi qüvvələri Səudiyyə Ərəbistanında yerləşdiriləcək.

Bu barədə ABŞ prezidenti Donald Trampın Konqresin Nümayəndələr Palatasına göndərdiyi məktubunda deyilir.

Əlavə qüvvələr ilə ABŞ hərbçilərinin Səudiyyə Ərəbistanındakı sayı 3 min nəfər təşkil edəcək.

Bu qüvvələrin bir hissəsi artıq Səudiyyə Ərəbistanındadır, digər hissəsi isə yaxın vaxtda ölkəyə göndəriləcək.

Səudiyyə Ərəbistanında həmçinin yeni radarlar və hava hücumundan müdafiə sistemləri yerləşdirilcək.