Salyanda dəm qazı faciəsi: 27 yaşlı qadın öldü

Salyanda dəm qazı faciəsi: 27 yaşlı qadın öldü
19:14 19-11-2019 | icon 44

Salyanda qadın dəm qazından boğularaq ölüb.  

milletinsesi.info-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında Salyan şəhər Tale Davudzadə küçəsində baş verib.  

Həmin ünvanda yaşayan 1992-ci təvəllüdlü Zəkirə Bədəlova hamamda çimərkən dəm qazında boğularaq ölüb.  

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.  

Meyit aidiyyati üzrə təhvil verilib.  

Faktla bağlı araşdırma aparılır.