İtaliyada baş məşqçi qovulub - komandası böyük hesabla qalib gəldiyi üçün

İtaliyada baş məşqçi qovulub - komandası böyük hesabla qalib gəldiyi üçün
22:56 17-11-2019 | icon 47

İtaliyada “İnviktasauro” klubunun gənclərdən ibarət komandasının baş məşqçisi işdən qovulub. Səbəb isə rəqib “Marina Kalço” komandası üzərindəki 27:0-lıq qələbə olub. Klub rəhbərliyi bu qələbəni rəqibə hörmətsizlik kimi qəbul edib.

“İnviktasauro” klubunun prezidenti Paolo Brogelli “Football İtalia”ya açıqlamasında deyib:

“Biz komandamızın rəqibi 27:0-lıq hesabla məğlub etdiyini eşidəndə şoka düşdük və çox təəssüfləndik. Bu, yetişən futbolun mənəvi ruhunu öldürür. Rəqibə hörmət etmək lazımdır. Bu gün isə əksi baş verib. Mən şəxsən rəqibdən üzr istəyirəm və bildirirəm ki, direktorlar şurası yekdilliklə baş məşqçi Paolo Brogellini işdən uzaqlaşdırıb”.

Klub prezidenti onu da əlavə edib ki, baş məşqçilər yetirmələrinin təkcə idman hazırlığı ilə məşğul olmamalıdırlar.