Avtomobillərin toqquşması ilə baş verən iki qəza faktı qeydə alınıb

Avtomobillərin toqquşması ilə baş verən iki qəza faktı qeydə alınıb
22:28 17-11-2019 | icon 77

Bakının Suraxanı və Qaradağ rayonlarında 2 oxşar yol-nəqliyyat hadisəsi baş verib.

Qaradağ rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib. Hadisə Meyvəli bazarının yaxınlığında qeydə alınıb.

Minik avtomobillərinin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Həsənov Natiq Misirxan oğlu və 1991-ci il təvəllüdlü Astara rayon sakini Verdiyev Sübhan Əhədulla oğlu xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. N.Həsənova döş qəfəsinin küt travması, S.Verdiyevə isə başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Suraxanı rayonunda baş verən oxşar qəzada isə 1 nəfər xəsarət alıb. Qəza Hövsan qəsəbəsində baş verib. Hövsan qəsəbəsi istiqamətində “Opel” və digər minik avtomobili toqquşub.

Nəticədə “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü, 1982-ci il təvəllüdlü Zeynalov Xəyal Rizvan oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.