Tovuz sakinini ürəyindən bıçaqladılar

Tovuz sakinini ürəyindən bıçaqladılar
04:49 15-11-2019 | icon 72

Tovuz rayonunda mübahisə zəminində rayon sakini bıçaqlanıb.

milletinsesi.info-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində qeydə alınıb.

Abulbəyli kənd  sakini, 1988-ci il təvəllüdlü Vəliyev Nazim Əli oğlu “Öysüzlü” dairəsi adlanan ərazidə ürək nahiyyəsindən bıçaqlanıb.

Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən N.Vəliyevin vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.