Bakıda moped avtomobillə toqquşdu, 2 nəfər yaralandı

Bakıda moped avtomobillə toqquşdu, 2 nəfər yaralandı
03:07 15-11-2019 | icon 68

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

milletinsesi.info xəbər verir ki, qəza Bülbül prospekti və Füzuli küçəsinin kəsişməsində baş verib.

Motosiklet və minik avtomobilinin toqquşması zamanı hər iki sürücü - Məhərrəm Rəsulov və 1990-cı il təvəllüdlü Elvin Maqsudov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.