Bakıda 20 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Bakıda 20 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb
01:14 15-11-2019 | icon 95

Yasamal rayonunda binadan yıxılan şəxs ağır xəsarət alıb.

Hadisə Zahid Xəlilov küçəsində, “Musabəyov parkı”nın yaxınlığında yerləşən beşmərtəbəli binanın qarşısında baş verib. 1999-cu il təvəllüdlü Hüseynov Fuad Muqabil oğlu hündürlükdən yıxılaraq yaralanıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. F.Hüseynova qapalı-kəllə beyin travması, onurğa sütununun sınması diaqnozu qoyulub. Həkimlərin verdiyi məlumata görə, yaralı affekt vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.