Türkiyə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazandı

Türkiyə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazandı
00:28 15-11-2019 | icon 84

“Avro-2020”nin seçmə mərhələsi çərçivəsində 11-ci turun oyunları baş tutub.

H qrupunda yer alan Türkiyə millisi İslandiya yığmasını qəbul edib.

“Ali Sami Yen” stadionunda keçirilən görüşdə hesab açılmayıb.

Qolsuz hesaba baxmayaraq, Türkiyə millisi xalların sayını 20-yə çatdıraraq vaxtından qabaq Avropa çempionatının qrup mərhələsinə vəsiqə qazanıb.