Xəzər rayonunda ikimərtəbəli ev yandı, evdə olan azyaşlı xilas edildi

Xəzər rayonunda ikimərtəbəli ev yandı, evdə olan azyaşlı xilas edildi
22:07 14-11-2019 | icon 53

Bakı şəhərinin Xəzər rayonunda ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 5 m² sahədə yanıb.

Yanğın zamanı evdə olan 1 azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.