Vahid Əhmədov: Publik hüquqi şəxslərin adını dəyişdiriblər, amma heç nə dəyişməyib

Vahid Əhmədov: Publik hüquqi şəxslərin adını dəyişdiriblər, amma heç nə dəyişməyib
13:42 14-11-2019 | icon 103

Sənaye parkların salınmasına 3,3 milyard dollar xərclənib, 1,5 milyard manata yaxın məhsul istehsal olunub. 300 milyon manatdan çox məhsul xaricə ixrac edilib. Bizi nə məcbur edir ki, sənaye parklarının güzəştini daha üç il müddətinə uzadaq?

milletinsesi.info-ın məlumatına görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin iclasında deyib. 

V.Əhmədov onu da bildirib ki, publik hüquqi şəxslər dövlət üçün bir bəladır: 

“Adını dəyişdiriblər, amma heç nə dəyişməyib. Faktiki olaraq dövlət büdcəsində maliyyələşən təşkilatlardır. Onları da biz müəyyən müddətə görülən işlərdən və xidmətdən azad edirik. Bu nə ilə əlaqədardır? Bunu da bilmək istərdim”.

Deputat Vahid Əhmədov deyib ki, Azərbaycanın 2020-ci ilin dövlət büdcəsi, makroiqtisadi göstəricilər nəzərə alınmaqla, müsbətdir. 

Deputat bildirib ki, büdcə gəlirlərində torpaq, əmlak, yol vergilərinin əsaslı olmadığı göstərilib.  O bidirib ki, yeddi il müddətinə həmin sənaye parkları vergidən azad edilib: 

“Amma baxırıq ki, İqtisadiyyat naziri daha üç il həmin sənaye parklarını vergidən azad etmək istəyir. Hesab edirəm ki, bu yeddi il kifayətdir ki, həmin sənaye parkları işləsinlər və dövlət büdcəsinə vergi ödəsinlər”. 

Deputat qeyd edib ki, bəzi müəssisələrin gəlirləri ilə bağlı araşdırmalar aparılmalıdır. 

V.Əhmədov bildirib ki, büdcə xərclərinə nəzarət gücləndirilməlidir.  Deputat məmurların gəlir deklarasiyası verməsinin vacibliyinə də toxunub.  “Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır”, - deyə V.Əhmədov əlavə edib. 

“Mən Baş nazirdən xahiş edirəm ki, o sənəd hazırlansın və gələn ilin yanvarından qüvvəyə minsin”.