Yolu keçmək istəyirdi, maşın vurdu

Yolu keçmək istəyirdi, maşın vurdu
00:49 14-11-2019 | icon 72

Xırdalan şəhərində yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.  

milletinsesi.info xəbər verir ki, hadisə Xırdalan bazarının qarşısında baş verib.  

Minik avtomobili yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Abdullayeva Sədaqət Bayram qızını vuraraq ağır xəsarət yetirib.  

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.  

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.