Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü

Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü
22:49 12-11-2019 | icon 61

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Dağ Kəsəmən kəndində keçirilən toy mərasimində qeydə alınıb. 

Məlumata görə, 1979-cu il təvəllüdlü Orxan Salahov adlı kənd sakini hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

 O, Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

Toy sahibinin keçmiş icra nümayəndəsi - Şirzad adlı şəxs olduğu deyilir.