Bakıda 17 yaşlı tələbəni avtomobil vurub

Bakıda 17 yaşlı tələbəni avtomobil vurub
04:42 09-11-2019 | icon 29

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə xəsarət alıb.

milletinsesi.info xəbər verir ki, minik avtomobili Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yolu keçmək istəyən 17 yaşlı Rəsulov İbrahim Anar oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ budun və belin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.