Bakıda 47 yaşlı qadını avtobus vurub

Bakıda 47 yaşlı qadını avtobus vurub
02:56 09-11-2019 | icon 28

Binəqədi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info xəbər verir ki, qəza metronun “Azadlıq” stansiyasının yaxınlığında olub. Sərnişin avtobusu 1972-ci il təvəllüdlü Şıxəliyeva Həbibə İsgəndər qızını vurub.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.