Bakı meri Eldar Əzizov və tanınmış generalın adından istifadə edən dələduz dəstədən - Şikayət

Bakı meri Eldar Əzizov və tanınmış generalın adından istifadə edən dələduz dəstədən - Şikayət
17:01 08-11-2019 | icon 285

Son illərdə ölkədə dələduzluq cinayətlərinin törədilməsi hallarında artım müşahidə olunur. Hazırda ibtidai araşdırma (təhqiqat və istintaq) orqanları və məhkəmələrin icraatında olan işlərin böyük əksəriyyəti dələduzluq cinayəti ilə bağlıdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 178.1-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir.

Maddədən göründüyü kimi, dələduzluq cinayəti iki üsulla (yolla) həyata keçirilə bilər: etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə həyata keçirilir.

Bir neçə gün öncə MillətinSəsi.info saytına şikayət edən Nemət Əliyevin  etibarından sui-istifadə edən bir qrup dələduz ona həm külli-miqdarda ziyan vurublar,şhəm işgüzar imicini zədələyərək çətin duruma salıblar.

1573238153_461

Redaksiyamıza  Ermənistan respublikası,  Amasiya rayonunun Güllücə kəndində anadan olmuş, 26.02.1981-ci il təvəllüdlü, Evli, Azərbaycanlı, Ali Hərbi Təhsilli, ehtiyyatda olan mayor Əliyev Nemət Məhərrəm oğlu tərəfindən şikayət məktubu daxil olmuşdu. Həmin vətəndaşın şikayətini olduğu kimi dərc edirik:

Rasim Əlləzovla və Xanımcan Əzizova ilə tanışlığım haqqında qısa izah

Yazaraq Sizə bildirirəm ki, bir neçə il əvvəldən tanıdığım Əlləzov Rasim Cəlal oğlu ilə mən arada sırada görüşüb çay içər və ya çörək yeyərdik.

Hər dəfədədə mənə Bakı şəhər Q.Qarayev adına 2 saylı uşaq xəstəxanasının labaratoriyasının Şöbə müdiri Əzizova Xanımcan Nüsrət qızının (hansıki, mənə onunla ailə qurduğunu demişdi və dəfələrlə onları bir yerdə görmüşdüm) çox yaxşı insan olduğunu, Xanımcanın Xüsusi Dövlət Mühafizə Xidmətində General rütbəli qohumunun olduğunu, Bakı şəhərinin Meri Eldar Əzizovun və Səhiyyə Nazirliyində işləyən Aydın Əzizovun Xanımcan Əzizovanın yaxın qohumları olduğunu, Təhsil Nazirliyində yüksək vəzifələrdə olan adamlarının olduğunu səhv etmirəmsə Aybəniz xanım demişdi.

IMG-20191108-WA0005Xanımcan Əzizova

 

Bir sözlə Azərbaycanda istənilən qapının Əzizova Xanımcanın üzünə tay-batay açıldığını söyləyirdi. Hər dəfəsində bahalı həyat tərzi sürdüklərini Xanımcanın bir neçə yerlərdə evlərinin, villalarının, obyektlərinin olmasını, bahalı marka maşınlarının olduğunu, Əlləzov Rasim çox vaxtı 99-GG-724 dövlət nömrə nişanlı qara rəngli “FORD”, ,ağ rəngli X5 və bir çox bahalı maşınlar sürür, bu imkanları ona Əzizova Xanımcanın yaratdığını söyləyirdi. Mənə hər dəfəsində deyərdiki: nə vaxt dostların, qohumların, tanışların arasında  iş axtaran olsa, kiminsə nəsə problemi olsa həll edə bilərəm.

Əlləzov Rasim tanışları arasındada özünü “işgüzar” adam kimi tanıtmış hər kəsə istənilən işin öhtəsindən gəldiyini söyləmiş və bir neçə işləri isə həqiqətdə real olaraq həll edib özünə etibar qazanmışdı.

Tanışlarım arasında söhbət düşərkən kiminsə bir problemi olan zaman işi həll edə biləcək tanışımın olduğunu bildirmişəm və bu məsələ ilə bağlı Əlləzov Rasimə müraciət etmişəm.

Mədətov Niyazinin həyat yoldaşı Mədətova Aygün xanımın işinin qısa izahatı:

2019-cu ilin iyun ayında Mədətov Niyazinin həyat yoldaşı Aygün xanımın yaşadıqları ünvan yaxınlığında olan bir məktəbdə uzun illər işlədiyini və Təhsil Nazirliyinin yeni üsulla keçirdiyi imtahandan kəsilib bir il ərzində işsiz qaldığını bildirdi.

Mən Əlləzov Rasimə bu barədə söhbət etdim. Rasim isə Mədətova Aygün xanımın sənədlərinin fotokopyalarını istədi və dediki Əzizova Xanımcana verəcək ki, Əzizova Xanımcan Təhsil Nazirliyində olan tanışlarına bu sənədləri göstərəndən sonra işini həll edib edə bilməyəcəyini mənə bildirəcək.

Məndə Aygün xanımın yoldaşı Mədətov Niyazi ilə bu barədə danışıb sənədlərinin fotokopyalarını alaraq Əlləzov Rasimə verdim. Rasim bir-iki gündən sonra mənə dediki bu məsələni həll etmək onlar üçün iki vur iki kimi bir şeydi amma bu iş üçün Təhsil Nazrliyinin işçiləri və özlərinin arasında bölüşdürmək üçün 8000 (səkkiz min) manat pul təcili çatmalıdı mən də Mədətov Niyaziyə bu məsələni tanışımın həll edəcəklərinə söz verdiklərini söylədim.

Mədətov Niyazi hər ehtimala qarşı onları tanımadığı üçün mənimlə natariusa gedib borc müqaviləsi bağlayacağını bildirdi və bu işi həll etsən sənədə yaxşı bir qonaqlıq verəcəyəm deyə mənə öz minnətdarlığını bildirdi. Mən də öz növbəmdə Əlləzov Rasimə dedim ki, Rasim mən bu adamla borc müqaviləsi bağlayacağam, bax sonra bir problemi olmasın, mən arada pis vəziyyətdə qalmayım.

Əlləzov Rasim heç bir problem olmayacağına söz verdi. Mən də Əlləzov Rasimə inanaraq Mədətov Niyazi ilə 24.06.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində kredit müqaviləsi bağladım və 8000 (səkkiz min) manat pulu ondan götürüb Əlləzov Rasimə zəng vurdum və Rasimə notariat ofisinə gəlməsini və mənimlə müqavilə bağlayıb pulu məndən götürməsini bildirdim.

Əlləzov Rasim mənə təcili işi çıxdığını, özü gələ bilməyəcəyini və pulu Əzizova Xanımcanla müqavilə bağlayıb Xanımcana verməyimi xahiş etdi. Mənim o vaxta qədər Əzizova Xanımcanla heç bir münasibətim olmamışdı deyə Xanımcanın telefon nömrəsini mənə verdi və mən zəng edib görüşməyi və notarusa gedib borc müqaviləsi bağlamalı olduğumuzu bildirdim.

O da mənə “bəli, işi də mən həll edəcəyəm deyə pulu mən götürəcəm dedi və biz 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusuna getdik. Xanımcan mənə dedi ki, pulun 5500 (beş min beş yüz) manatını müqavilə ilə bağlayaq, qalanını isə özüm sənə izah edəcəyəm.

Müqaviləni bağladıq. “ASAN xidmət”dən çıxdıqdan sonra mənə israrla bildirdiki pulun 500 (beş yüz) manatını sənə şirinlik verirəm: sən də kasıb oğlansan, hələ heç harda işləmirsən, sənin də ailən uşaqların var, kontur işlədirsən, yol pulu verib gedib gəlirsən, indi kim-kimə sağola iş görür ki, bu işdə mənim də, Əlləzov Rasimin də öz çörəyi var və s.

Şirin və nəzakətli sözlərlə məni razı saldı və yerdə qalan 2000 (iki min) manatı Əlləzov Rasimlə görüşüb ona verərsən o da öz payını ordan götürüb qalanını bir nəfərlə görüşüb ona verəcək dedi. Məndə elə etdim lakin Rasimə yenə dedimki burdan mənə heç nə lazım deyil Əzizova Xanımcan mənə 500 (beş yüz) manat verib ki, buda sənin şirinliyindi.

Dedim ki Rasim, bax ha mən bu pulu xərcləməyəcəm saxlayacağam ki, birdən nəsə problem olub geri qaytarası olsaq pulu qaytara bilim. Cavabında, düz deyirsən, mən də saxlıyacam, narahat olma dedi.

Sonra də gülüb “aya, bə nətəri bu işlər belədi da ,sən də lopuxa ha iş görmürsən ağlın olsun qoy cibinə xarşda işləmersən eləmersən  bir pensiyaynan balamı saxlamaq olar” deyib 2000 (iki min) manatı mənnən alıb kiminləsə görüşə tələsdiyini bildirib getdi. Mən də həmin pulu gətirib yoldaşıma da bildirmədən evdə öz qış geyimlərimdən birinin cibinə qoydum ki, birdən nə olar-nə olmaz.

Pulu verəndən sonra bu həftə gələn həftələrin sayı hesabı olmadı. Nəhayət müəllimlərin işə qəbul imtahanları başladı və Əlləzov Rasim mənə bildirdi ki, Mədətova Aygün xanımın sənədləri sistemə yerləşdirilib və mənə işi barədə login və parol olan vərəqi verdi.

Dediki imtahana girəndə maksimum şəkildə bildiklərini yazsın ,əgər balı çatmasa Təhsil Nazirliyində özləri artıracaqlar. Sənədlərin şəklini mən də vatsapla çəkib göndərdim Mədətov Niyaziyə . Əlləzov Rasimin dediyi kimi Mədətov Niyaziyə məsələni izah etdim.

Nəhayət imtahan keçirildi və Mədətova Aygün xanım imtahandan keçid balı yığa bilmədi və kəsildi. Mən də Əlləzov Rasimə bu barədə məlumat verdim o isə üzümə durdu ki, mən deməmişdim ki, bildiyini yazsın bilmədiyi suallara dəyməsin. Dedim ki, Rasim bu iş Təhsil Nazirliyində həll olur, bəs niyə orda düzəltməyiblər?.

Rasim “ayə, demişdim axı bilmədiyini boş saxlasın, orada özləri düzəldəcəklər, imtahandan keçəcək” dedi. Dedim bəs necə olacaq?

Əlləzov Rasim dedi ki, nə isə bir şey fikirləşərik .Bir- iki gün keçəndən sonra artıq Mədətov Niyazi də narahat olmağa başlamışdı Mədətov Aygün xanım da. Mən Əlləzov Rasimə bu vəziyyətə görə dinclik vermədim, sonra Rasim dedi ki narahat olma imtahan barədə apelyasiya şikayəti edib bal artıraraq onu istədiyi məktəbə yerləşdirəcəyik.

Beləliklə yenə də bu həftə ,gələn həftələr və bu gün sabahlar başladı. Bu zamanlar ərzində izahatını aşağıda verəcəyim bir neçə iş məsələlərin də Əzizova Xanımcanla da ünsiyyətlərimiz yarandığından artıq çox şeyi bir başa Əzizova Xanımcanın özü ilə danışdığıma görə Aygün xanımın işi ilə bağlı da Xanımcanı bezdirirdim.

Məni də Aygün xanımı da inandırmaq üçün bütün bu müddət ərzində Xanımcan Aygün xanımla telefon əlaqələri saxlayırdı. Nəhayət bir gün Xanımcan mənə dedi ki, Aygün xanım gəlib Bakı Şəhər Təhsil İdarəsində hazır ərizə yazacaqlar, şəxsən ərizəyə özü qol çəkməlidir, mən özüm də orda olacam, nə lazımdı kömək edəcəm.

Niyazi ilə Aygün xanım deyilən vaxtdan bir az tez gəldikləri üçün oradan Xanımcanla danışmışdı Xanımcan özü oraya güya təcili işi çıxdığına görə gələ bilmədiyini söyləyərək orada onlara Bakı Şəhər Təhsil İdarəsində işçisi zəng edərək ərizəyə qol çəkdirəcəyini bildirir və bir qadın görünməyən nömrə ilə zəng vurub onlarla görüşür və təcili ərizə blankının imza yerindən qol çəkdirərək “gedin əmriniz imzalanıb, məktəbə göndəriləcəyini” deyərək gözdən itir.

Mən əvvəlcədən danışdığımız vaxtdan bir az da tez gəlməyimə baxmayaraq Niyazini və xanımını çöldə gördüm . Niyazi ilə söhbət edib inşallah tez vaxtda həll olunacağını söylədim. Söz verilən vaxt keçdi və bu müddət ərzində yenə də hətələr, günlər qurtarmaq bilmədi.

Ara- sıra Aygün xanıma nömrəsi görünməyən zənglər gələrək öz istədiyi yerə yox, başqa yerə alınsa olarmı və s. suallar verib yenidən vaxt qazanmağa başlasalar da mən Xanımcanla Rasimi yenə də nə oldu deyə bezdirməyə başladım. 

Nəhayət sentyabrın ortaları olardı, Xanımcan mənə dediki, təbrik edirəm, Aygün Xanımın əmri imzalanıb , yaxın günlərdə Rayon Təhsil şöbəsinə çağıracaqlar. Amma yenə də bu işdən bir səs çıxmır və vaxt uzanaraq sentyabrın axırları, oktyabrın əvvəllərinə qədər gəldi.

Bir gün Xanımcan mənə zəng vurdu ki, Aygün xanımın işi ilə bağlı təcili olaraq 500 (beş yüz) manat lazımdı. Nə qədər desəmdə ki axı biz işi 8000 (səkkiz min) manata danışmışdıq, mən necə yenə əlavə pul istəyim, xeyri olmadı mən də məcbur qalıb evdə olan pulu ona verdim ki, güya Niyazidən almışam.

Bu məsələdən yenə həftələr günlər keçdi və nəhayət məlum olduki Xanımcan işi həll edə bilmir. Güya ona söz verənlər onu aldadır, pulu ona qaytarmır, o öz evini satıb pulu qaytaracaq. Hələ də pulu mənə qaytarmayıb. Bundan əlavə yenə də məndən bəhanə ilə pul alıb. Sonda bu barədə ayrıca izah verəcəyəm.

Bu günə qədər hələ də Aygün xanımın işi ilə bağlı Xanımcanın aldığı və Rasimə göndərilən cəmi 8000 (səkkiz min) manat pul geri qaytarılmayıb.

Elza Heydərova xanımın işinin qısa izahatı:

2019-cu ilin iyul ayında əvvəl xidmət etdiyim hərbi hissədə olan bir iş yoldaşım anası Sevda xanıma mənim sözlərimi hardasa eşidərək mənə yönəltdi. Sevda xanım da mənə həm oğlu Sabutayın diplom təsdiqi məsələsi işini, həm də Elza adlı bir tanışının müəllimə olduğunu və imtahandan keçə bilmədiyini söylədi.

Sevda xanımdan Elza xanımın sənədlərinin fotokopyalarını alıb Rasimə verdim. Rasim də həll olunası məsələdi deyib sənədləri götürdü. Yenə həmin variantla Rasim məndən Elza xanımın işinə görə 5000 (beş min) manat pul istədi. Lakin Sevda xanım çox israr edib imkansız olduqlarını, onların cəmisi 4000 (dörd min) manat verə biləcəyini bildirdikdən sonra məndə Xanımcanla danışdım və Sevda xanımın həm oğlu Sabutayın Rasimlə diplom təsdiqi işidə olmasını və Elzadan başqa bir çox müəllimələrin də imtahandan kəsildiyini və bu işləri də bizimlə həll edəcəyini bildirdikdən sonra Xanımcan nəhayət 4000 (dörd min) manata razılaşdı. Çox  təcili çatmalıdı ,artıq qəbullar başlayıb müqavilələr dedi və məni tələsdirdi.

Sevda xanıma vəziyyəti izah etdim və o da Elza xanımın qaynatası və başqa bir adamla gəlib 20 yanvarda mənimlə görüşdülər. Oradan yenə də uzun söhbətlərdən sonra ,yəni Xanımcana artıq onlar pulu gətiriblər dedikdən sonra Xanımcan əlavə yenə 500 (beş yüz) manat artırmağa çalışdı, amma mən yol vermədim.

Pulu orada çayçının içində aldım və onlarla sağollaşdıqdan sonra Xanımcana zəng vurdum ki, gəl görüşək pulu verim sənə. Xanımcanda şəhərdə olmadığını və pulu görüşüb Rasimə verməyimi söylədi.

Rasimlə danışdıq və elə həmin çayçıda çöl masanın birində oturub çay içdik. Rasimə pulu gedək natarİusla sənədlə verim dedikdə mənə dediki sənədlərim qalıdı maşında, Xanımcan da şəhərdə yoxdu. 4000 (dörd min) manat nədi ki danmıyajam ha. Məndə ona inanaraq pulu verdim ona.

Rasim dedi ki, qoy bu iş düzəlsin sənin də şirinliyini verəcəm. Nə fərqi var, səndə qalmış, məndə qalmış. indi onsuzda mənə təcili pul lazımdı, işimi həll edib yenə də iş tam yekunlaşana qədər pulu saxlıyajam .İş yekunlaşsın, baxaq görək nə qalır, ordan hələ bilmək olmaz bəlkə elə hamısını verdik bu işin həllinə, axırda şirinniyimizi alarıq beş on manat.

Yuxarıda yazdığım Aygün xanımın işi ilə eyni zamanda bu iş də get-gələ düşdü. və eyni proseslə iş paralel olaraq aparıldı. Hətta Elza xanımın qaynatası və Niyazi ilə yoldaşı Bakı Şəhər Təhsil İdarəsində bir- birlərini içəridə eyni variantla ərizə blankına qol çəkərkən və çöldə uzaqdan mən gəlib çatanda onlarla nə etdiklərini maraqlanarkən uzaqdan ikisi ilə görüşərkən də bir birilərini gördülər.

Eyni qaydada Elza xanımdan da Aygün xanımla eyni gündə Xanımcan 500 (beş yüz) manat tələb etdi. Mən də qəti surətdə onlardan əlavə pul ala bilməyəcəyimi söyləyib ,ala bilirsən özün danış al deyib Xanımcanın onları razı sala bilməyəcəyini fikirləşdim.

Əslində bu işdə də mənə şirinlik verilsəydi onu da Aygün xanımın pulu kimi Elza xanımın adından verəcəkdim ki, mütləq bu iş düzəlsin zənglərdən canım qurtarsın. Artıq bezmişdim hər şeydən, çünki bunlardan başqa üç nəfərə də cavab verməkdən, Xanımcanın və Rasimin mənə dediklərini onlara deməkdən yorulmuşdum və mənəvi-psixoloji cəhətdən əziyyət çəkirdim.

Bütün bu hadisələr mənim ağır bir sarsıntı keçirtməyimə məruz qoysa da mən səbrimi basaraq son günlərə qədər Xanımcan Rasim cütlüyü ilə etika ilə hərəkət edirdim.

Nəhayət Xanımcan şirin dili ilə Elza xanımı razı salıb 500 (beş yüz) manat pulu özü işdə olmasına görə çölə çıxa bilmədiyini, seminarda olduğunu bildirib mənə yönəldə bilmişdi. Mən də adıma “Kapital” banka göndərmələrini söylədim və oradan alıb aparıb Qarayev xəstəxanasında, Xanımcanın kabinetində Aygün xanımın evdə saxladığım 500 (beş yüz) manat pulu ilə birgə 1000 (min) manat pulu Xanımcana verdim.

Yuxarıda Aygün xanımın məsələsində qeyd etdiklərim eyni ilə Elza xanımın işində də paralel olaraq təkrarlandı.

Bu günə qədər hələdə Elza xanımdan Rasimin aldığı və Xanımcana göndərilən cəmi 4500 (dörd min beş yüz) manat pul geri qaytarılmayıb.

Bədəlov Eminin  6 yaşlı qızının Bədəlova Briliantın orta məktəbə qəbulu işinin izahı:

Emin də C.Məmmədquluzadədə yaşayan uşaqlıq dostumdur. Nə vaxtsa yanında söhbət edərkən Təhsil Nazirliyində və digər məsələlərdə nə problem olsa köməkliyim dəyər demişdim. İyul ayının ortalarında mənə zəng etdi ki, qızımı 276 nömrəli rus sektoru olan məktəbə qoymaq istədim, lakin sənədləri elektron variantda sistemə yerləşdirmişəm ünvan uyğun olmadığına görə qəbul etmədilər, nəsə etmək olarmı?

Mənə köməklik elə uşağı ora məktəbə qoyum. Mən də Xanımcandan xahiş etdim ki, Emin dostumdur, köməklik edə bilrsənsə həll edək. Dedi problem yoxdu həmin məktəbin direktoru yaxın adamdı, gedib tapşırıb sənin xətrinə həll edərəm.

Üstündən yenə bir iki gün keçəndən sonra Xanımcan mənə zəng edib: danışdım uşağın işini amma nə qədər xahiş etdimsə yenədə mənnən 300 (üç yüz) manat pul istədi mən də sənə xatir razılaşdım. Eminə denən təcili pulu və sənədləri versinlər sənə, çatdır mənə.

Xanımcan o qədər təcili dediki mən də çox uzaqdaydım deyə Eminə zəng edib Xanımcanın nömrəsini verdim ki, qardaş özün danış gör nə deyir, alındıra bilirsənsə 300 (üç yüz) manat pul istiyir, təcili verilməlidi sənədlə birlikdə. Emin də işdə olduğuna görə yoldaşı ilə danışıb Xanımcanın nömrəsini verir yoldaşına.

Xanımcanla zəngləşib görüşüb pulu və sənədləri verir Xanımcana. Bu işdə düşür get-gələ. Xanımcan həftənin 5–ci günü mənə deyir ki sənədlər artıq Təhsil Nazirliyindədi ,amma bazar günü Eminə bir nəfər zəng edib uşağın sənədlərinin haradansa Yasamal tərəfdə bir marketdən tapıldığını, qovluğun içərisində bir çox sənədlər, vəkalətnamələr və kimlərinsə ailə problemləri ilə bağlı materiallar olduğunu, ancaq Eminin qızının sənədlərinin üzərində telefon nömrəsi olduğu üçün ona zəng vürduqlarını deyirlər.

Emin gedib sənədləri götürdükdən sonra mənə zəng vurdu. Emini və məni Xanımcan yenə yalanlarla dolu söz yığını ilə yola verib, Yaşar müəllim deyilən bir nəfərin nömrəsini Eminə verir ki, zəng vur görüş sənədləri ver Yaşar müəllimə.

O gətirəcək mənə ,görüm hələ həmin sənədlər niyə kənardan tapılıb. Emin sənədləri verir Yaşara. Mən Xanımcanın yalanlarını ifşa etməyə çalışdıqca bəhanələrlə məni yenə yola verir. Sonradan Yaşarı bizə öz vəkili kimi təqdim edir və uşağın işini ona tapşırdığını deyir.

Emin Yaşara bir neçə dəfə zəng edir Yaşar Rəsulov isə Eminin nömrəsini bloka atır. Sonradan Yaşara mən zəng vurdum mənə də cavab vermədi. Yaşar Rəsulov barədə Xanımcanın dələduz olduğunu öyrəndikdən sonra Sosial şəbəkələrdən məlumat aldım ki, Yaşar Rəsulov köhnə vəkildir, apardığı işlərdə külli miqdarda pul mənimsəmə işinin bağlanması üçün cinayət işi açılıb.

Xanımcana Eminin qızının məktəb məsələsinə görə verilən cəmi 300 (üç yüz) manat pul bu günədək geri qaytarılmayıb.

Həsrətov Vüsalın Aviasiya Akademiyasına ikinci təhsil kimi qəbul etdirmə işinin izahı:

Vüsalın məsələsi də digərləri kimi məni həmişə dürüst və sözünün ağası və çox dəqiq bir insan kimi tanıyan bir qohumu tərəfindən mənə deyildi. Yenə eyni qaydada cavab müsbət, həlli isə yüz faiz qarantiya olunmaqla Rasim tərəfindən Xanımcanla danışılır.

1568918671_347

Xanımçan mənimlə danışır, mən əvvəlcə Vüsalın qohumu ilə sonra da Vüsalın özü ilə əlaqə yaradaraq işinin Xanımcanın və Rasimin mənə dediyi kimi birbaşa birinci adamlarla həll olunacağı Bakı meri Eldar Əzizovun şəxsən özü Aviasiya Akademiyasının rektoru Arif Paşayevdən xahiş edib işi həll edəcəyi barədə qarantiyalı söhbət olundu.

İlk vaxtda qiymət 25000 (iyirmi beş min) manat deyildi. Vüsalın hələlik 15000 (on beş min) manat nəğd pul olduğunu Xanımcanla Rasim cütlüyü biləndən sonra ilk başdan 15000 (on beş min) manat ,sonradan tələbə biletini verəcəkləri vaxt isə 3000 (üç min) manat əlavə alacaqlarını, işi cəmi 18000 (on səkkiz min) manat müqabilində edəcəklərini söylədilər.

Vüsal da bu sövdələşmədən razı qaldı və sənədlərini də götürüb pul ilə birgə gəldi Bakıya. Yenə də Rasimin təcili işi çıxdı. Pulu Xanımcan almalı oldu. Xanımcana Vüsala və mənə ən uyğun yaxın ərazi 20 yanvar olduğu üçün 31.07.2019-cu il tarixdə hər üçümüz Bakı şəhəri 14 saylı notariat ofisində görüşdük.

Vüsalı Xanımcanla tanış edib işi onun düzəldəcəyini bildirdim. Vüsalla Xanımcan ikinci təhsilin hansı qaydada həyata keçiriləcəyini bir xeyli söbət etdilər və növbə bizə çatdıqda Vüsal məni tanıdığını bildirdi və əlavə natarius sənədi mənimlə bağlamağa və əlavə xərclərin itkisinə yol verməmək üçün birbaşa pulu mənim adıma banka yatırtmağı və Xanımcanın da pulu götürməyi barədə müqavilənin bağlanmasına qərar verdi.

Xanımcan əvvəlcədən 1000 (min) manat pulun başqa adama çatacağını bildirdi və o pulu borc müqaviləsinə qatmamağımı xahiş etdi. Mən də Vüsala bildirdim ki ,1000 (min) manat pul Xanımcanın özünə çatacaq ,olan puldu onu müqaviləyə salmasın və eləcə də etdik.

Vüsal pulu kassaya ödədi, Xanımcan da götürdü. Biz sonra Vüsalla ayrıldıq. Beləki Xanımcan işlərin çox sürətli gedəcəyini, tələbə biletinə şəkil lazım olduğunu bildirdi. Vüsal getdi şəkil çəkdirməyə və iş yerindən arayışı rayondan kimsə gətirirdi onu qarşılayıb götürəcəkdi.

Biz Xanımcanla maşına mindik, maşında mən ona min manatı vermək istəyəndə 500 (beş yüz) manatı mənə qaytardı və zəhmət olmasa Vüsalın şəkil və sənədi ilə birgə Rasimə çatdırarsan deyə xahiş etdi. Mən də nəzakət xatirinə razılaşdım.

Özü vermədiyinə səbəbi isə Rasimlə sabah görüşəcəyini, bu gün təcili pulu aparıb Rektora çatdırmalı olduğunu bildirdi və məni 3-cü mikrorayon dairəsində maşından düşürdü.  Mən də oradan şəhərdə işlərimi həll edib axşam üstü Vüsalla görüşüb sənədləri götürüb pulla birgə çatdırdım Rasimə. Çox vaxt Rasimlə evlərinə yaxın Semaşko xəstəxanasına yaxın yerdə görüşürdük.

Beləliklə Vüsala söz verilən vaxt gəlib çatdı və Xanımcan həm Vüsalla həm də mənimlə danışıb bu həftə gələn həftə deyə deyə işi gətirib axırıncı hədlərə çatdırdı. Oktyabırıın 2-də artıq bütün iş görülüb, ancaq 2500 (iki min beş yüz) manat illik ödənişi etdikdən sonra Vüsalın iş yeri üçün akademik arayış, tələbə bileti və ödəniş çekini Vüsala verəcəyini bildirdi və təcili olaraq bu gün ödəniş həyata keçirilməli olduğunu bildirdi. Vüsal özü bu işlə məşğul ola bilmədiyi üçün qardaşı Qəzənfər 1700 (min yeddi yüz) manat pulu mənə inandığı üçün mənim “Beynəlxalq bank” hesabıma, 700 (yeddi yüz) manatı isə “Kapital bank”a göndərdi. Məndə həmin pulları götürüb Qarayev xəstəxanasının yanındakı ümumi cərrahiyyənin həyətində Xanımcana verdim. Xanımcan isə çəkdiyim əziyyətə görə həmin puldan 100 (yüz) manatını zorla mənə dil töküb verdi ki, xərclik edim.

Mən də həmin 100 (yüz) manatdan 50 (əlli) manatını Rasimlə bölüşdüm. Vüsala çox dəqiq söz verərək sənədləri götürmək üçün vaxt təyin etdi. Vüsal da məzuniyyətə çıxaraq həmin vaxt sənədlərin dalınca Bakıya gəldi və mənimlə görüşüb sənədləri götürəcəyini bildirdi.

Xanımcan isə atasının insult keçirib vəziyyətinin pisləşdiyini deyərək bu işlə Akademiyanın səlahiyyətli nümayəndəsi Elbrus məllim məşğul olacağını bildirib Vüsala telefon nömrəsini verdi. Elbrusu Vüsal Akademiyanın qabağında bir xeyli gözlədikdən sonra mənə zəng vurdu mən Elbrusa vatsapla yazdım və sənədləri tələb etdim.

Elbrus mənə dedi ki, mən axı özüm deyəcəkdim Vüsal nə vaxt gəlsin, niyə indi gəlib dedi. Mən Xanımcan bu günə sənədlər hazır olacaq idi deyə gəlib, dedim və ondan sənədləri tələb etdim. Vüsal da həmin vaxt ərzində Aviasiya Akademiyası ilə maraqlanaraq orada 3 ildir ki, hüquq fakultəsinin olmadığını, qiyabi dərslərin isə oktyabrın birindən başladığını öyrəndi.

Mən Elbrusun zəng vurub ona sənədlərə görə vaxt qoydum, bu ərəfədə o mənə Xanımcanın atasının rəhmətə getməsi ilə əlaqadar olaraq təcili onlara gedəcəyini söylədi. Biz Vüsalla inanmadıq və onunla birgə Rasimdən ünvanı öyrənib Xanımcan gilin evinə getdik.

Axır ki, Xanımcanın bircə sözü atasının hesabına düz çıxdı. Camaat atasını basdırmağa getmişdi, bizdə evlərində Xanımcana başsağlığı verərək geri qayıtdıq. Xanımcan utanmadan yenə də atasının 3-7 mərasimini verən kimi bu işlə təcili məşğul olacağını və bu işi çox təcili yerinə yetirəcəyini bildirdi. Vüsala və mənə dediki bu işlə Elbrus məşğul olacaq Elbrus isə nə telefonu açdı ,nə də vatsaplara cavab verdi.

Mən onun nömrəsini mobil telefonumda olan “getcontact” proqramına vurduqda isə adı müxtəlif insanlar tərəfindən müxtəlif peşə və yer adları ilə yanaşı “Həbib” adı ilə çıxdı. Artıq mən çox narahat oldum və bu məsələni Rasimə dedim. Rasim isə o vaxtdan müxtəlif bəhanələrlə söhbətlərdən qaçır.

Biz artıq bu işdə bir dələduzluq ola biləcəyini təxmin edərək bir neçə dəfə Xanımcanla görüşdük Rasim isə müxtəlif bəhanələrlə öz həyat yoldaşım deyib evində yaşadığı qadının yanında durub bu söhbətə qarışmır, hər dəfəsində Xanımcanı qabağa verir.

Biz Vüsalın qohumu ilə Xanımcanı Nərimanov parkına çağırdıq. Həmin gün 17500 (on yeddi min beş yüz) manat pulu qaytaracağına söz vermişdi. Pulu gətirmədiyi üçün maşınını pulun əvəzində girov qoymasını, pulu verdikdə isə geri götürməsini tələb etdikdə mənim maşınım LİZİNQ-dədir deyib bizə pulu növbəti həftə 3-cü günə qədər qaytaracağını söz vermişdi. Üstündən üç həftə keçir ,hələdə pulu qaytarmır və oyun oynayır.

Artıq günlərdə öz növbəsində sabahlarla davam edir. Beləliklə bu günə qədər arada bir dəfə bizi öz evinə söhbət edib vaxt almaq üçün çağırmasına baxmaaraq Vüsalın atası, qardaşı, mənim qardaşım və mən evlərinə gedib sakitçiliklə pulumuzun nə vaxt qaytarılacağını soruşub və həmin günə verəcəyini söz verməsinə baxmayaraq yenədə yalançılığı bir qırağa hətda bizim onun evinə basqın etdiyimizi və güya onu hədələdiyimizi deyərək bizə şər atır və 08.11.2019-cu il tarixdə bizi Abşeron rayon polisinə şikayət edib.

Hətta Rasimlə Xanım cütlüyü qızlarının yoldaşları ilə də bizlərin başına oyun gətirəcəyini söyləyir. Əsasən də Xüsusi Dövlət Mühafizə Xidmətində olan yeznəsinin adı ilə bizi hədələyir və orada bir generalın da qohumu olduğunu və başımıza onun vasitəsilə oyun açacağını bildirir.

Xanımcana Vüsal tərəfindən verilən Aviasiya Akademiyasına hüquq fakultəsinə qəbul məsələsi ilə bağlı verilən cəmi 17500 (on yeddi min beş üz) manat pul bu günədək geri qaytarılmayıb.”

P.S. Qarşi tərəfin mövqeyin dərc edə bilərik.