Bu şadlıq evləri və restoranlar bağlana bilər - Nazirlikdən xəbərdarlıq

Bu şadlıq evləri və restoranlar bağlana bilər - Nazirlikdən xəbərdarlıq
17:07 08-11-2019 | icon 51

İstehsalat müəssisələri kimi, iaşə obyektlərində də mühafizə zolağı olmalıdır. 

milletinsesi.info-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, atmosferə tullantı atan restoranlardan cərimə olunan, onlar barəsində hüquq-mühafizə orqanlarına müraciət edilənlər də var:

“Nazirlik şadlıq evləri və restoranların fəaliyyətinin dayandırılması məsələsi qaldırıla bilər. Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır.

Restoranların ölçüsündən, tutum sayından asılı olaraq bu mühafizə zolaqları müxtəlif ola bilər.

Restoranlardakı səs-küylə bağlı da müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olundu ki, gecə saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır”.

“Bizim məqsədimiz hər hansı tədbirin keçirilməsinə mane olmaq deyil. Restorandan ətrafa tüstü buraxıldıqda, yəni manqallar yandırılan zaman tüstünün yolverilən həddə olub-olmadığını müəyyən edə bilirik.

Həmin vaxt tüstünün həddi normadan çox olarsa, biz onların fəaliyyətini dayandıra bilərik və dayandırmalıyıq”, - deyə V. Kərimov qeyd edib.

İlhamə Əbülfət