Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI

Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI
16:56 08-11-2019 | icon 84

Bakı və Sumqayıtda faliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən son monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb. 

milletinsesi.info-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb:

“Çünki həmin ərazidə olan şadlıq saraylarının  sayı çoxdur.  Xan bağı, Cənnət, Xan sarayı, Hissa, Madonna, Milord,  Grace Hall, Ayla şadlıq sarayları , Səhər mehi və Kometa restoranlarında tullantıların miqdarı normadan çox olub. 

Binəqədi rayonunda Sonalar sonası, Şahənşah, Mələk, Oğuz xan, Qızıl tac, Al saray, Amor, Röya, Xətai rayonunda Fəridə, Leyla, Şəhzadə, Elgün , Neapol, Movida, Mirana,  Nərimanov rayonunda Şuşa, Su sonası şadlıq sarayları, Orman, Xankəndi, İsa bulağı restoranları, Sumqayıt şəhərində Qubadlı, Tural, Nurlan, Dan ulduzu, Şəhanə,  və Dədə Qorqud, Abşeronda Qarabağ, Ülvi, Səmayə və Sultan, Gəncə şəhərində Firuzə, Tural və Şəhzadə şadlıq saraylarıdır.  Həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki  manqalların fəaliyyəti dayandırılacaq”.

İlhamə Əbülfət