Beş komanda Avropa Liqasında “pley-off”a vəsiqə qazanıb

Beş komanda Avropa Liqasında “pley-off”a vəsiqə qazanıb
10:28 08-11-2019 | icon 30

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda keçirilmiş oyunlardan sonra “pley-off”a çıxan bəzi komandaların adlarına aydınlıq gəlib.

milletinsesi.info xəbər verir ki, “Qarabağ”ın qrupunda yer alan İspaniyanın “Sevilya” klubundan başqa, daha dörd komanda “pley-off”a vəsiqəni iki tur öncədən təmin edib.

Həmin komandalar bunlardır: “Bazel” (İsveçrə), “Seltik” (Şotlandiya), “Espanyol” (İspaniya) və “Mançester Yunayted” (İngiltərə).

Qeyd edək ki, dünən “Qarabağ” Kiprdə APOEL-ə uduzmaqla (1:2) qrup ikincisi olmaq şanslarını çətinə salıb.

Səbuhi Musayev