Zakir Qaralov yeni idarə rəisi və  prokuror təyin etdi

Zakir Qaralov yeni idarə rəisi və  prokuror təyin etdi
16:07 06-11-2019 | icon 10410

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində kadr dəyişikliyi olub.

milletinsesi.info-ın məlumatına görə, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, Məmmədov Ceyhun Fəxrəddin oğlu qurumun Əməliyyat İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Əməliyyat İdarəsinin rəisi Mürsəliyev Emin Ramiz oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Bundan başqa, Şəki rayonunun prokuroru Elmar Camalov vəzifəsindən azad edilib.  milletinsesi.info xəbər verir ki, bu barədə Baş Prokuror Zakir Qaralov əmr imzalayıb. 

Əmrə əsasən, Şəki rayonunun prokuroru E.Camalov Mingəçevir şəhər prokuroru təyin olunub.

Baş Prokurorluğun mətbuat xidməti faktı milletinsesi.info-a təsdiq edib.