Bakı şəhər icra başçısından rüşvətxorluq hallarına qarşı - TAPŞIRIQ

Bakı şəhər icra başçısından rüşvətxorluq hallarına qarşı - TAPŞIRIQ
10:21 06-11-2019 | icon 10600

Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən milletinsesi.info-a bildirilib ki, müşavirədə paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat xidmətlərinin rəhbərləri iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanır.

milletinsesi.info-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirilib.

Məlumatda qeyd edilib ki, rüşvətxorluq və digər neqativ halların aradan qaldırılması, yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlar verilib və qaldırılan məsələlərlə bağlı tədbirlər planının hazırlanması qərara alınıb.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının qəbulunda olduğu zaman Prezident tərəfindən verilən tapşırıqlar, qeyd edilmiş nöqsanlar, görüləcək işlər və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Toplantıda bəzi icra hakimiyyəti başçıları ciddi tənqid edilib.

“Şəhər icra hakimiyyəti və rayon icra hakimiyyəti başçıları cənab Prezidentin tutduğu iradlardan nəticə çıxarmalı, işimizi bu böyük insanın tələblərinə uyğun qurmalıyıq. Bu gün ölkədə sistemli dəyişikliklər, inqilabi islahatlar aparılır və buna uyğun olaraq iş, forma və metodları dəyişməlidir. Tənqid və özünə tənqid normaya çevrilməlidir”, - Eldar Əzizov bildirib.

Eldar Əzizov icra başçılarına müraciət edərək, hər bir sakinin problemini öz problemimiz kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.