Sahil Babayev özünə müşavir təyin etdi

Sahil Babayev özünə müşavir təyin etdi
15:56 04-11-2019 | icon 54

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə yeni müşavir təyin edilib. 

milletinsesi.info xəbər verir ki, bu barədə nazir Sahil Babayev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə yeni müşavir təyin olunub.

ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov faktı milletinsesi.info-a təsdiqləyib.