Qızıl dişli pələng: Almaniyada unikal cərahiyə əməliyyatı keçirdilər – FOTO

Qızıl dişli pələng: Almaniyada unikal cərahiyə əməliyyatı keçirdilər – FOTO
05:56 04-11-2019 | icon 26

Almaniyada həkimlər unikal cərahiyə əməliyyatı keçiriblər.

Life” xəbər verir ki, veterinarlar pələngin adi dişini qızıl ilə əvəzləyiblər.

“Kara” ləqəbli dişi pələng 2015-ci ildə İtaliyadan gətizdirilib. Həkimlər onun dişində 2 dərin çat aşkar və onu dəyişdirməyə qərar veriblər. Bunun üçün qızıldan ideal implant düzəldilib.

Unikal əməliyyat 80 dəqiqə davam edib. Onun uğurlu keçməsi üçün Almaniyaya bir qrup mütəxəssis dəvət alıb.

Lakin “Kara” təzə dişin “ləzzətini” hələ 3 həftədən sonra biləcək. O vaxta qədər pələng dietaya otuzdurulub: əməliyyatın yeri sağalana qədər yeni dişi narahat etmək olmaz.