Şəmkirdə qızı qaçırmaq istədilər, qardaşı xəsarət aldı

Şəmkirdə qızı qaçırmaq istədilər, qardaşı xəsarət aldı
08:49 02-11-2019 | icon 29

Şəmkir rayonunun Çinarlı qəsəbəsində qızı qaçmağa çalışarkən qardaşına xəsarət yetirilib.

milletinsesi.info bildirir ki, 2001-ci il təvəllüdlü Məmməd Xanverdiyev bacısının qaçırılmasının qarşısını alarkən ağır xəsarət alıb. 

Belə ki, 21 yaşlı bacısının avtomobillə qaçırıldığını görən M.Xanverdiyev bu işə mane olmağa çalışıb. Bu zaman Məhəmmədi avtomobil sürüyüb. 

İlkin məlumata görə, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qardaşın ağır kəllə beyin travması aldığı bildirilir. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.