Mədəniyyət Nazirliyi: Bakınn brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq

Mədəniyyət Nazirliyi: Bakınn brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq
18:49 31-10-2019 | icon 22

Bakı şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə qoşulması  münasibətilə Bakınn brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq.

milletinsesi.info-ın məlumatına görə, bunu Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinə həsr olunan brifinqdə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr və innovativ əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

Onun sözlərinə görə, bu brendləşmə ölkəmizə gələcək turist sayına təsir edəcək:

“Həmçinin ölkəmizdə yaradıcı mühiti təşviq edəcək. Burada əsas faktor insan zəkasıdır”.

Vasif Eyvazzadə əlavə edib ki, hazırda Bakının Baş Planı hazırlanır:

“Növbəti illərdə Bakıda kreativ mərkəzin formalaşdırılması üçün bütün tədbirləri həyata keçirəcəyik. Hesab edirik ki, bu layihələr Bakının yaradıcı şəhər kimi statusunun möhkəmlənməsinə təsir göstərəcək.

Cənubi Qafqaz regionunda yalnız Bakı və Şəki şəhərləri bu siyahıya salınıb. Gələcəkdə də başqa şəhərlərimizi də ədəbiyyat, musiqi şəhəri kimi UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə cəlb etmək üçün bütün işlər görəcəyik. Amma hələlik bu şəhərlərin adlarını açıqlamaq istəmirik”.

Sevinc Yasinqızı