AFFA millinin bir neçə futbolçusu cərimələdi – Siqaret çəkdiklərinə görə

AFFA millinin bir neçə futbolçusu cərimələdi – Siqaret çəkdiklərinə görə
07:07 24-10-2019 | icon 29

AFFA 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bir neçə futbolçusunu cərimələyib.

milletinsesi.info xəbər verir ki, həmin futbolçuların yarış zamanı siqaret çəkdikləri məşqçi heyəti tərəfindən müəyyən olunub.

Hadisə U-19 komandalar arasında Avropa çempionatının ilkin mərhələsinin Çexiyada keçirilmiş qrup oyunları (9-15 oktyabr) müddətində  baş verib.

Məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq.

İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar baş məşqçi tərəfindən veriləcək.