Həbib Nurməhəmmədov qələbədən sonra mühafizəsini gücləndirdi

Həbib Nurməhəmmədov qələbədən sonra mühafizəsini gücləndirdi
03:49 24-10-2019 | icon 33

Əbu-dabidə Dastin Porye üzərindəki qələbəsindən sonra Həbib Nurməhəmmədov mühafizəsini gücləndirib.

Sport24” xəbər verir ki, bunu döyüşçünün atası bildirib.

Əbdülmanap Nurməhəmmədovun sözlərinə görə, Həbib hətta bazarda alma seçməkdən də özünü məhrum edib.

“Məşhurluq elə bir amildir ki, sən artıq özünü istədiyin kimi apara bilmirsən, azərkeşlərinin istədiyi kimi aparmağa məcbursan”, - deyə Nurməhəmmədovlar ailəsinin başçısı bildirib.

Həbibin mühafizəçiləri idmançılar, qohumları və iş təcrübəsi olan təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.