Putinin vizit kartı iki milyona satıldı - FOTO

Putinin vizit kartı iki milyona satıldı - FOTO
17:56 23-10-2019 | icon 50

İnternet saytlarından birində Putinin vizit kartı iki milyon rubla (50 min manatdan çox) satışa çıxarılıb.

Satıcı vizit kartının 20 yaşı olduğunu deyir. Onun sözlərinə görə, Putin Sankt-Peterburq meriyasının xarici əlaqələr komitəsinin sədri olduğu vaxtda bu vizit kartını satıcının atasına verib:

“Mən 20 ildir ki, kartı özümdə saxlayıram. Keyfiyyəti yaxşıdır”.

Qeyd edək ki, Vladimir Putin 1991-ci ildən 1996-cı ilə qədər bu vəzifəni tutub.