Prezident İlham Əliyev Ramiz Mehdiyevi AMEA-nın yeni prezidenti vəzifəsinə təsdiq etdi

Prezident İlham Əliyev Ramiz Mehdiyevi AMEA-nın yeni prezidenti vəzifəsinə təsdiq etdi
17:21 23-10-2019 | icon 8407

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ramiz Ənvər oğlu Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.  Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Bundan başqa, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilib.