Zelenski “Kvartal 95”in prodüserini yüksək vəzifəyə təyin etdi

Zelenski “Kvartal 95”in prodüserini yüksək vəzifəyə təyin etdi
08:14 22-10-2019 | icon 39

Ukrayna prezidenti Vladimir Zelenski “Kvartal 95”in prodüseri tanınmış yumor ustası Sergey Sivoxonu Milli Təhlükəsizlik Şurası katibinin Donbassın yenidən qurulması və inteqrasiyası üzrə müşaviri təyin edib.

Bu barədə məlumatı şoumen özünün “Facebook” səhifəsində yayıb.

“Bu mənim üçün böyük məsuliyyətdir. Çoxlu planımız var. Sizdən dəstəyə ehtiyac var!”, - Sivoxo yeni vəsiqəsinin şəklini belə şərh edib.

Sergey Sivoxo 1969-cu ildə Donetskdə doğulub. 90-cı illərdə o məşhur “Drim-Tim” KVN komandasının üzvü olub, sonradan Ukrayna telekanallarında yaradıcı direktor kimi çalışıb.