Tailand kralı sevimlisini nankorluğa görə istefaya göndərdi – FOTO

Tailand kralı sevimlisini nankorluğa görə istefaya göndərdi – FOTO
06:35 22-10-2019 | icon 62

Tailand kralı Maxa Vaçiralonqkorn (X Rama) rəsmi sevimlisi Sininat Vonqvacirapakdini artıq ambisiyalara görə istefaya göndərdi.

BBC” xəbər verir ki, Sininat öz vəzifə səlahiyyətlərini aşıb və kralın adından əmrlər verib.

“Ona bəxş edilən titula görə minnətdar olmayıb və özünü statusuna uyğun aparmayıb”, - X Rama qərarını belə izah edib.

Sininatdan bütün aldığı mükafatlar, vəzifələr və rütbələr geri alınacaq. Qeyd edək ki, 41 yaşlı qadın general-mayor hərbi rütbəsini daşıyıb. O, həmçinin kralın tibb bacısı və şəxsi mühafizəçisi olub.