Suriyalılar ABŞ hərbçilərini daş və yumurta atəşi ilə yola salıblar

Suriyalılar ABŞ hərbçilərini daş və yumurta atəşi ilə yola salıblar
02:00 22-10-2019 | icon 54

Suriyanın şimal-şərqində yerləşən Əl-Kamışlı şəhərinin sakinləri ölkələrini tərk edən ABŞ hərbçilərini daş və pomidor atəşinə tutublar.

Bu barədə AHNA məlumat yayıb.

Qeyd olunur ki, bununla onlar ABŞ-ın Türkiyənin hərbi əməliyyatına görə qoşunlarını çıxarma qərarına etirazlarını bildirirlər.

Qeyd edək ki, oktyabrın 13-də Pentaqon başçısı Mark Esper ABŞ-ın minə yaxın hərbçisini Türkiyənin əməliyyatlarına görə Suriyadan çıxarılacağını bildirmişdi. Lakin amerikalıların ölkədən çıxışı qaçmağa bənzəyib.