“Jiquli”nin vurduğu velosipedçi su kanalına düşüb öldü - FOTO

“Jiquli”nin vurduğu velosipedçi su kanalına düşüb öldü - FOTO
19:35 21-10-2019 | icon 49

Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hüşün kəndində qeydə alınıb. Rayon sakini Məmmədov Ruslan Ağabala oğlu idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə Yuxarı Şirvan kanalının kənarındakı yolda hərəkətdə olarkən velosipedlə qəflətən onun qarşısına çıxan Ağdaş şəhər sakini, 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Namizəd oğlunu vurub.

Zərbənin təsirindən Əlibala Məmmədov velosipedi ilə birgə yoldan çıxaraq kanala düşüb. Köməksiz vəziyyətdə qalan Ə.Məmmədov üzməyi bacarmadığı üçün kanaldan çıxa bilməyib və suda boğularaq ölüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.