İki deputat Moldovaya gedir – təklif verəcəklər

İki deputat Moldovaya gedir – təklif verəcəklər
00:50 19-10-2019 | icon 75

Milli Məclisin deputatları Jalə Əliyeva və Aydın Mirzəzadə oktyabrın 20-də Moldovanın paytaxtı Kişinyova səfərə gedəcəklər.

milletinsesi.info xəbər verir ki, səfərin məqsədi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin 53-cü  iclasında iştirak etməkdir.

Tədbirdə “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik, iş yerlərinin yaradılmasının  təşviqində  dövlətin rolu” mövzusunda müzakirələr aparılacaq.

Toplantıda bir sıra təşkilati məsələlərə də baxılacaq.

Deputatlar iclasda qaldırılan məsələlərə öz münasibətlərini bildirəcək, təkliflərini verəcəklər.

Səfər oktyabrın 23-də başa çatacaq.

Aqşin Kərimov