“Maşın”da Qarabağ qazilərinə avtobus hədiyyə olundu - FOTO

“Maşın”da Qarabağ qazilərinə avtobus hədiyyə olundu - FOTO
23:15 18-10-2019 | icon 75

MGP-nin rəhbəri, Xalq artisti Murad Dadaşov “Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyası”na avtobus hədiyyə edib.  

milletinsesi.info xəbər verir ki, müğənni Roza Zərgərlinin şounun “Xanımlar və cənablar-2” sürətində udduğu avtomobilin aqibəti bəlli olub.  

Belə ki, həmin avtomobil dəyişdirilərək avtobusla əvəz olunub.  

Bu barədə şounun layihə rəhbəri M.Dadaşov ATV-nin canlı efirində məlumat verib.  

Hədiyyə olunan avtobus isə 35 nəfərlikdir.  

Rəşad Əliyev