ABŞ-da yaşayış evi qanla doldu – VİDEO

ABŞ-da yaşayış evi qanla doldu – VİDEO
02:25 18-10-2019 | icon 40

Ayova ştatında (ABŞ) bir ailə evlərinin zirzəmisi qan ilə dolduğundan oradan köçməli olub.

Newsweek” xəbər verir ki, Lestina ailəsinin qoşuluğunda ət dükanı olub.

Mağazada kanalizasiya sisteminin sıradan çıxmasına görə, ət məhsullarının emalı məhsulu olan qan, sümük qırıntıları və piy qonşunun zirzəmisinə axıb. Nəticədə zirzəmidə bir necə santimetrlik qan örtüyü yaranıb

Dükanın yeni sahibləri dəymiş ziyanı ödəməkdən və zirzəmini təmizləməkdən imtina ediblər. Onlar bildiriblər ki, dükanı alan da problemdən bixəbər olublar.

Lestina ailəsi məhkəməyə müraciət etməyi qərara alıb.