Bakıda dava zamanı 30 yaşlı kişi bıçaqlanıb

Bakıda dava zamanı 30 yaşlı kişi bıçaqlanıb
01:30 18-10-2019 | icon 98

Binəqədi rayonunda blçaqlanma hadisəsi baş verib. Hadisə “Xutor” qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Xəlilov Elgün Məhəbbət oğlu yaşadığı evin yaxınlığında bir neçə nəfərlə mübahisə edib. Əlbəyaxa davaya çevrilən mübahisə zamanı E.Xəlilov boynundan bıçaqlanıb.

Yaralı dostlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan yaralı cərrahi əməliyyat edilib. Məlumata görə, bıçaq onun boynunun sol nahiyəsindəki sinirlərini kəsdiyi üçün hazırda onun sol əl və ayağı hərəkətsiz vəziyyətdə qalıb. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.